AZ

Vüqar Qurbanov ona vəzifə verdi -

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib.Metbuat.az xəbər verir ki, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov tərəfindən əmr imzalanıb. Əmrə əsasən, Nuridə Rafiq qızı Məmmədova xəstəxananın direktoru vəzifəsinə təyin olunub.

Qeyd edək ki, N. Məmmədova bundan əvvəl Lənkəran Regional Perinatal Mərkəzinin direktoru vəzifəsində çalışıb. Bu ilin iyun ayından isə o, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının direktorunun cərrahiyyə üzrə müavini vəzifəsini icra edib.

Seçilən
40
13
metbuat.az

10Mənbələr