AZ

Türkmənistan Prezidentindən dəhlizlə bağlı açıqlama

BAKI, 20 sentyabr. TELEQRAF

“Nəqliyyat və kommunikasiya sektorunda yolların və nəqliyyat infrastrukturunun modernləşdirilməsi davam etdirilir”.

Teleqraf xəbər verir ki, bunu Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov deyib.

Dövlət başçısı bu kontekstdə Türkmənbaşı Beynəlxalq Dəniz Limanı və “Balkan” Gəmiqayırma Zavodunun potensialının genişləndirildiyini bildirib.

“Beynəlxalq nəqliyyat dəhlizləri, o cümlədən Şərq-Qərb və Şimal-Cənub marşrutları, eləcə də Çin-Qazaxıstan-Türkmənistan-İran dəhlizi inkişaf etdirilir”, - S.Berdiməhəmmədov vurğulayıb.

Türkmənistan lideri qeyd edib ki, ölkənin xarici siyasəti digər dövlətlər və beynəlxalq təşkilatlarla bərabərhüquqlu əməkdaşlığa yönəlib.

Ölkəsində neft-qaz sənayesinin inkişaf etdiyini söyləyən S.Berdiməhəmmədov əlavə edib ki, yeni emal müəssisələri və Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan qaz kəməri tikilir.

Seçilən
48
teleqraf.com

1Mənbələr