AZ

"Maybach”la F1 yarışına baxmağa gəldi - Həbs olundu

SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadə Azərbaycanda həbs olunub. O,  iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.

Avtosfer.az unikal-a istinadən xəbər verir ki, Adnan Əhmədzadə ötən gün "Formula 1" üzrə Azərbaycan Qran-prisinin yarışlarına baxmaq üçün əraziyə gedib. 

Hüquq-mühafizə orqanlarının əməkdaşları iş adamını məhz orada saxlayıblar.  Həmçinin onun yanında şəxsi mühafizəçiləri də olub. 

Bildirək ki,  A. Əhmədzadə yarışın keçirildiyi əraziyə "Maybach" markalı "77-AA-555" dövlət qeydiyyatı nişanlı avtomobili ilə gəlibmiş.

Seçilən
43
13
avtosfer.az

10Mənbələr