AZ

Qarabağ Universitetinin tələbəsi: "Burada təhsil almağımın iki əsas səbəbi var"

"Qarabağ Universitetinin tələbəsi kimi suverenlik mənim üçün sadəcə adi bir gün və anlayış deyil, suverenlik bu torpaqlarda - Xankəndidə təhsil almaq, gələcəyimizi qurmaq, azadlığımızı və müstəqilliyimizin bəhrəsidir".

Bu sözləri Oxu.Az-a açıqlamasında Qarabağ Universitetinin tələbəsi Altay Abbaslı deyib.

O bildirib ki, bu gün Xankəndidə olmaq onun üçün qürur və iftixar hissi yaradır:

"Bu qələbəni ilk növbədə Ali Baş Komandana, şəhidlərimizə və qazilərimzə borcluyuq. Bu gün Dövlət Suverenliyi Günüdür və bu, mənim üçün başqa bir məna kəsb edir. Bu gün mən daha yaxşı anlayıram ki, şəhidlərimizin qanı ilə bərpa edilən suverenlik xalqımız üçün nə qədər dəyərlidir".

"Əslində, Qarabağ Universitetini seçməyimin iki əsas səbəbi var. Birinci səbəb odur ki, şəhidlərimizin qanı ilə alınan torpaqlar boş qalmamalıdır, burada da təhsil, yaşayış, dirçəliş olmalıdır və fürsəti olan hər kəs bunu dəyərləndirməlidir. İkinci səbəb isə hərbçi övladı olmağımdır. Ona görə də Xankəndidə ali təhsil almaq mənim üçün çox mühümdür", - deyə müsahibimiz vurğulayıb.

O, bundan sonrakı hədəflərindən də danışıb:

Seçilən
14
demokrat.az

1Mənbələr