AZ

Parlament sülh sazişinin ratifikasiyasına hazırdır » AzadMedia.az


Azərbaycan və Ermənistan arasında uzun illər davam edən gərginlikdən sonra sülh sazişinin razılaşdırılması və paraflanması region üçün yeni bir tarixi mərhələ açır. Sazişin paraflanması beynəlxalq hüquq normalarına və dövlətlərin qarşılıqlı öhdəliklərinə əsaslanaraq, tərəflər arasında münaqişənin yekun həllini təmin etməyə yönəlib. Bu sənəd artıq diplomatik müzakirələr və razılaşdırma mərhələlərindən keçib və növbəti addım olaraq hər iki ölkənin qanunverici orqanlarında ratifikasiya olunmalıdır.

Sazişin hüquqi qüvvəyə minməsi üçün imzalanması kifayət deyil. Konstitusiya və beynəlxalq müqavilələr haqqında qanunvericilik tələblərinə görə, sənədin Milli Məclis tərəfindən ratifikasiyası da mütləqdir. Ratifikasiya prosesi sazişin dövlətin daxili hüquq sistemində rəsmi status qazanmasına və icrası üçün hüquqi baza yaradılmasına xidmət edir. Bu mərhələ həm də parlamentin dövlətin ali iradəsini təsdiqləməsi kimi dəyərləndirilir.

Milli Məclisin sədr müavini Ziyafət Əsgərov mövzu ilə bağlı Modern.az-a açıqlmasında bildirib ki, ratifikasiyanı qanun kimi Milli Məclis hazırlayacaq, lakin bunun üçün Ermənistanın Konstitusiyasını dəyişdirməsi lazımdır. Bundan sonra parlament üzərinə düşəni edəcək.

Qeyd edək ki, Milli Məclis ratifikasiya prosesində bir sıra məsuliyyətlər daşıyır. Belə ki, sazişin Azərbaycan Konstitusiyasına, beynəlxalq öhdəliklərə və milli maraqlara uyğunluğunun qiymətləndirilməsi üçün onun ratifikasiyası dövlətin sülh yolunu dəstəklədiyini göstərmək, sazişin icrasına nəzarət etmək, zəruri hallarda qanunvericilikdə dəyişikliklər etmək və beynəlxalq öhdəliklərin yerinə yetirilməsini təmin etmək üçündür.
Seçilən
50
5
azadmedia.az

6Mənbələr