AZ

Paşinyan 4 ü Ermənistan Respublikasını elan etdi: referendum anonsu verdi

Modern.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Hakim “Mülki Müqavilə” partiyası Dördüncü Ermənistan Respublikasının yaradılmasını öz məqsədi kimi elan edir.Modern.az xəbər verir ki, bunu “Mülki Müqavilə” Partiyasının İdarə Heyətinin sədri, Ermənistanın Baş naziri Nikol Paşinyan qurultayda çıxışı zamanı deyib.

O, yeni “strategiyasının” doqquz bəndini qeyd edib.

Baş nazirin sözlərinə görə, seçkilərdə xalqın etimadını qazandıqdan sonra partiya yeni Konstitusiya üzrə referendumun keçirilməsi üçün ümummilli prosesə start verəcək.

Hökumət öz səylərini Ermənistanın 1991-ci il Alma-Ata sazişi ilə müəyyən edilmiş, 29 743 kvadrat kilometr ərazini əhatə edən beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına əsaslandıracaq.

Respublika bu prosesi regionallaşma səyləri və ya balanslaşdırılmış xarici siyasət yürüdülməsi ilə qarşı-qarşıya qoymadan, Avropa Birliyinə daxil olmaq üçün fəaliyyətini gücləndirəcək. Hakimiyyət bir-birinin ərazi bütövlüyünə və suverenliyinə hörmət əsasında sülhü institusionallaşdıraraq bütün qonşularla sülh və mehriban münasibətlər qurmaq üçün “xalqın iradəsini həyata keçirməyə” davam edəcək.

Hökumət “qanunsuz əmlakın müsadirəsini, dövlət maraqlarının müdafiəsini təşviq edəcək, korrupsiyaya qarşı mübarizəni dərinləşdirəcək”.

“Müstəqil məhkəmə sisteminin qurulması” davam edəcək. Əmək, təhsil və iqtisadi rəqabət vasitəsilə firavanlığa can atmaq həvəsləndiriləcək. “Sülh yollarının kəsişməsi” təşəbbüsü də daxil olmaqla kommunikasiyaların blokdan çıxarılması prosesi davam edəcək.

Sonda Paşinyan səhnədə müharibədə həlak olanların xatirəsini yad edərək, onların xatirəsini əbədiləşdirməyin ən təsirli yolu kimi Dördüncü Respublikanın qurulmasını adlandırıb.

1991-ci il sentyabrın 21-də Ermənistanda referendum keçirilib və əhalinin 94%-i müstəqil respublikanın yaradılmasına səs verib. 1991-ci il sentyabrın 23-də Ermənistan Ali Soveti Ermənistan Respublikasının müstəqilliyini elan edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
1
modern.az

2Mənbələr