AZ

FHN “Formula 1” yarışı üçün 38 xüsusi nəqliyyat vasitəsi cəlb edib

Bakı şəhərində keçirilən "Formula 1 Qatar Airways" yarışları zamanı Bakı Şəhər Halqası və ətrafında baş verə biləcək fövqəladə hallar və mümkün yanğınların qarşısının alınması məqsədilə əraziyə 38 xüsusi təyinatlı nəqliyyat vasitəsi cəlb olunub.Metbuat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, qəza nəticələrinin çevik şəkildə aradan qaldırılması, xilasetmə tədbirlərinin təşkili üçün nazirliyin əməkdaşları 20 nöqtədə 38 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi ilə fasiləsiz xidmətdədir.

Eyni zamanda, ərazidə müvəqqəti quraşdırılmış konstruksiyaların dayanıqlılığına nəzarət, qaldırıcı qurğuların, eskalator və liftlərin, texnoloji nəqliyyat vasitələrinin təhlükəsiz istismarı, yanğın və nüvə təhlükəsizliyi ilə əlaqədar olaraq nazirliyin aidiyyəti qurumlarının mütəxəssisləri tərəfindən fasiləsiz olaraq monitorinq işləri həyata keçirilir.

Seçilən
21
19
metbuat.az

10Mənbələr