AZ

“Formula 1” daha 5 il Azərbaycanda - RƏSMİ

Formula 1 üzrə Azərbaycan Qran-Prisi daha 5 il ərzində keçiriləcək.

Apasport.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Bakı Şəhər Halqası 2016-cı ildə Avropa Qran-Prisi adı ilə Formula 1 təqvimində debüt edib, 2017-ci ildən isə Azərbaycan Qran-Prisi adı ilə təqvimin daimi mərhələsi olub. Ötən il keçirilən yarış 70-dən çox ölkədən azarkeşi qarşılayıb və 66 milyondan çox qlobal televiziya tamaşaçısını cəlb edib.

İndiyədək təşkil olunan səkkiz yarışda yeddi fərqli qalibi olan Azərbaycan Qran-Prisi Formula 1 təqviminin ən mübarizəli yarışlarından birinə çevrilib. Meksikalı Serxio Peres Bakıda iki dəfə qalib gələn yeganə pilotdur. Hazırkı pilotlardan üçü – Lüis Hemilton, Maks Ferstappen və Oskar Piastri Bakıda qələbə qazana biliblər.

Rəsmi imzalanma mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Formula 1-in prezidenti Stefano Domenikalı və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan Qran-Prisi 2025-ə sentyabrın 21-də yekun vurulacaq.

“Formula 1”: İkinci günə start veriləcək

Formula 1 Azərbaycan Qran Prisində ilk gün sürprizlərlə yadda qalıb

“Formula 1" pilotları Bakıda azarkeşlərlə görüşüblər - FOTO

"Formula 1" üzrə Azərbaycan Qran-prisinin kuboku "Odlar Yurdu"na həsr olunub - VİDEO

"Formula 1": İkinci sərbəst yürüş başa çatdı

Seçilən
17
13
apasport.az

10Mənbələr