AZ

SON DƏQİQƏ! "Formula-1" üzrə müqavilə uzadıldı - Bu tarixə kimi...

Ölkəmizdə böyük marağa səbəb olan "Formula-1" yarışları Azərbaycanda 2030-cu ilə qədər keçiriləcək.

Bu barədə yarışların rəsmi saytında məlumat paylaşılıb.

Qeyd olunub ki, Azərbaycan Qran-prisi, razılaşmaya əsasən, daha dörd il "Formula-1" təqvimində yer alacaq.

Xatırladaq ki, daha öncəki razılaşmaya əsasən, ən son yarışın 2026-cı ildə keçirilməsi nəzərdə tutulurdu. (Oxu.Az)

Seçilən
72
5
musavat.com

6Mənbələr