AZ

ABŞ Avropaya bəzi silahların tədarükünü dayandırır

ABŞ Avropaya bəzi silahların tədarükünü dayandırır

ABŞ bəzi silah tədarüklərini Avropa ölkələrinə dayandırıb

AFN.az xəbər verir ki, bu barədə "The Atlantic" jurnalı məlumat yayıb.

Bildirilir ki, Pentaqon rəhbərinin müavini Elbridj Kolbi sentyabrın əvvəllərində Dövlət Departamenti ilə danışarkən bəzi hərbi tədarüklərin zəruri olmadığını bildirib. Xüsusilə, ABŞ Danimarkaya "Patriot" zenit-raket komplekslərinin satışını dəstəkləmir, çünki ölkənin öz ehtiyatları kifayət deyil.

"The Atlantic" mənbələri təsdiqləyib ki, Pentaqon defisit olan silah sistemlərinin siyahısını hazırlayıb və bunların Avropa müttəfiqlərinə satışını bloklamağı planlaşdırır. Siyahıdakı silah növləri, məhdudiyyətin müddəti və genişlənmə imkanları açıqlanmır.

Qeyd edək ki, bu, ABŞ-ın xarici dövlətlərə silah satışını azaltması hallarında ilk hal deyil. İyul ayında ABŞ Ukraynaya "Patriot" raketləri, GMLRS dəqiq mərmiləri, "Hellfire" raketləri və "Stinger" komplekslərinin tədarükünü dayandırmışdı, lakin Tramp qeyd etmişdi ki, ABŞ hələ də Kiyevə hərbi yardım göstərir, amma öz ehtiyatlarını ön planda saxlayır.

Seçilən
48
afn.az

1Mənbələr