AZ

Qəbələdə III MDB Oyunlarına test xarakteri daşıyan futbol matçı keçirilib

Bakı, 20 sentyabr, AZƏRTAC

Qəbələ şəhər stadionunda III MDB Oyunlarına hazırlıq məqsədilə test xarakteri daşıyan futbol matçı keçirilib.

AZƏRTAC xəbər verir ki, matç III MDB Oyunlarının Təşkilat Komitəsi tərəfindən təşkil olunub. Test görüşünün “Qəbələ” Futbol Klubunun aşağı yaş qrupları üzrə komandaları qarşılaşıblar.

III MDB Oyunları öncəsi təşkil edilən test yarışlarında təşkilati məsələlər yoxlanılır, texniki detallar sınaqdan keçirilir, təhlükəsizlik tədbirlərinin təşkili də ətraflı şəkildə nəzərdən keçirilir.

Xatırladaq ki, III MDB Oyunları sentyabrın 28-dən oktyabrın 8-dək təşkil olunacaq və Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək. Açılış və bağlanış mərasimləri Gəncə Şəhər Stadionunda olacaq.

III MDB Oyunları çərçivəsində futbol yarışı Qəbələ şəhər stadionunda baş tutacaq.

Seçilən
25
10
azertag.az

10Mənbələr