AZ

Fastfudların yaddaşa mənfi təsiri müəyyən edilib


Şimali Karolina Universitetinin Tibb fakültəsinin alimləri yağlı qidaların və fastfudların yaddaşa mənfi təsir göstərən yeni mexanizmini müəyyən ediblər.
Yeniavaz.com
xəbər verir ki, alimlərin sözlərinə görə, hətta qısa müddətli qeyri-sağlam qidalanma belə beynin fəaliyyətinə ciddi zərər vurur.
Tədqiqatçılar bildiriblər ki, hipokampusda yerləşən xolesistokinin-müsbət (CCK) interneyronlar qlükoza çatışmazlığına çox həssasdır. Bu hüceyrələr normalda piramidal neyronların ritmik fəaliyyətini tənzimləyərək məlumatların düzgün işlənməsini təmin edir. Lakin yüksək yağlı qidalar nəticəsində qlükoza azalanda CCK-müsbət interneyronlar həddən artıq aktivləşir və nəticədə yaddaş formalaşması pozulur.
Siçanlar üzərində aparılan təcrübələr göstərib ki, cəmi dörd günlük yağlı pəhriz beyində qlükoza səviyyəsini azaldır, interneyronların fəaliyyəti pozulur və yaddaş zəifləyir. Bu dəyişikliklər artıq çəki və ya diabet əlamətləri yaranmamışdan əvvəl baş verib.
Araşdırma zamanı əsas rolun piruvat kinaz-M2 (PKM2) adlı zülala məxsus olduğu müəyyən olunub. Qlükoza balansı pozulduqda PKM2-nin tənzimləyici funksiyası zəifləyir və bu, beynin normal fəaliyyətinə mənfi təsir göstərir.
Seçilən
26
2
yeniavaz.com

3Mənbələr