AZ

Tərkibində yumurtadan daha çox zülal olan içkilər

Yaşadığımız müddət ərzində əzələ bərpası, immuniteti və ümumi sağlamlığı qorumaq üçün zülala ehtiyacımız var.

E-saglam.az xəbər verir ki, yumurta züllala ən zəngin qida hesab olunsa da, digər qidaların tərkibində də zülala rast gəlmək mümkündür. Onlardan bir neçəsini təqdim edirik:

İnək südü bir fincanda 8 q zülal ehtiva edir və həmçinin kalsium mənbəyidir, bəzi markalar əlavə olaraq D vitamini qatır. Möhkəmləndirilmiş soya südü bir fincanda 6,3 q zülal verir və tərkibində kalsium, A və D vitamini var. Kefir bir fincanda 8,8 q zülal ehtiva edir və 60-dan çox faydalı bakteriya və maya daşıyır, bu da onu qatıqdan daha faydalı edir. Sümüklü bulyon bir fincanda təxminən 9 q zülal təmin edir. Zülallı smuzini hazırlayarkən inək südü, kefir, soya südü, qatıq və ya protein tozu əlavə edə bilərsiniz.

Qeyd edək ki, bəzi insanların bu qidalara qarşı həssaslığı olduğunu nəzərə alaraq, hər hansı bir dəyişiklik etməzdən əvvəl həkim və ya mütəxəssis ilə məsləhətləşməsi tövsiyə olunur.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
34
e-saglam.az

1Mənbələr