AZ

Paşinyan təkrar seçiləcəyi təqdirdə partiyasının prioritetlərinin nə olacağını açıqlayıb

2026-cı ilin parlament seçkilərində “Vətəndaş müqaviləsi” qalib gələcəyi təqdirdə avrointeqrasiya üzrə səylərin aktivləşməsi partiyanın prioritetləri sırasında yer alacaq.

Xezerxeber.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan “Vətəndaş müqaviləsi” partiyasının qurultayında etdiyi çıxış zamanı danışıb.

Məlumata görə, qurultayda partiyanın bəyannaməsi yekdilliklə qəbul olunub. Bəyannamədə qeyd olunur ki, seçkilərdə xalqın etimadını qazandıqdan sonra ümumxalq referendumu vasitəsilə Ermənistanda yeni konstitusiyanın qəbul edilməsi prosesinə başlanması nəzərdə tutulub.  
Paşinyan qeyd edib ki, partiya növbəti parlament seçkilərində xalqdan respublikanın idarəetmə mandatını daha beş il uzatmaq xahişi ilə müraciət etməyi planlaşdırır.

“‘Vətəndaş Müqaviləsi’ Partiyası regionalizasiya zidd olmayan və balanslaşdırılmış xarici siyasəti qoruyaraq Ermənistanın Avropa İttifaqına üzvlüyü istiqamətində səyləri gücləndirməyi planlaşdırır” – bəyannamədə bildirilir.

Seçilən
12
1
xezerxeber.az

2Mənbələr