AZ

İrandan Azərbaycana qaçanlara qaçqın statusu verilmir? - RƏSMİ CAVAB

Son illərdə İrandan Azərbaycana qaçanların sayında daha çox artım müşahidə edilib.

Bu artım İranda iqtisadi və sosial gərginlik, eləcə də insan hüquqları sahəsindəki problemlərlə əlaqələndirilir.

Ölkəyə gələnlərin yalnız bir qismi rəsmi olaraq qaçqın statusu alır və bu şəxslər ölkədə yaşayış yeri, sosial xidmətlər və iş imkanları ilə təmin olunur.

Bəs bu il İrandan Azərbaycana gələn neçə nəfər qaçqın statusu alıb?

"Cebheinfo.az"-ın sorğusuna Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətindən bildirilib ki, bu il İran vətəndaşlarına qaçqın statusu verilməyib:

"Cari il ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən İran İslam Respublikası  vətəndaşlarına qaçqın statusunun verilməsi ilə bağlı müvafiq qərar qəbul edilməyib".

Seçilən
22
1
cebheinfo.az

2Mənbələr