AZ

Həbsdə olan erməni iş adamı müharibəyə getmək istədi - Tələbi rədd edildi

Müstəntiqlər 2023-cü ilin dekabrında Moskva vilayətində Ali Radanın keçmiş deputatı İlya Kivanın qətlində şərik olmaqda ittiham olunan iş adamı Arayik Əmirxanyanın “xüsusi hərbi əməliyyat” üçün azadlığa buraxılmasını rədd ediblər.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya hüquq-mühafizə orqanları məlumat yayıb. 

Ermənistandan olan Əmirxanyan hələ birinci hökm qüvvəyə minməzdən əvvəl döyüş zonasına göndərilməsini xahiş edib.

"Hələ Əmirxanyan İlya Kivanın qətli işi üzrə yeni ittihamlarla ittiham olunmazdan əvvəl, rüşvətxorluqda təqsirli bilinən və Ukrayna vətəndaşlığından məhrum edilən iş adamı sərhəd bölgəsindəki SVO zonasına buraxılmasını istəyib. Müstəntiqlər cinayət prosesini dayandırmaqdan imtina ediblər və müttəhimin vəsatətini rədd ediblər", - mənbə bildirib.

Seçilən
63
unikal.az

1Mənbələr