AZ

"Qarabağ"ın oyununun məkanı dəyişdirildi

Misli Premyer Liqasında yeddinci turun oyun cədvəli məlum olub.

Musavat.com Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Ölkəmizdə keçiriləcək MDB oyunları ilə əlaqədar olaraq birinci dövrənin "Kəpəz - Qarabağ" oyunu ilə üçüncü dövrənin "Qarabağ" - "Kəpəz" oyunlarının yeri dəyişdirilib.

Beləliklə, yeddinci turda "Qarabağ" "Kəpəz"lə matçı səfərdə deyil, öz meydanında keçirəcək.

Misli Premyer Liqası, 7-ci tur

3 oktyabr

"Zirə" - "Neftçi"

19:30, Zirə İdman Kompleksinin stadionu

"Araz-Naxçıvan"- "İmişli"

17:00, "Liv Bona Dea Arena"

4 oktyabr

"Qarabağ" - "Kəpəz"

17:00, "Azersun Arena"

"Sumqayıt" - "Turan Tovuz"

19:30, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

5 oktyabr

"Qəbələ" - "Şamaxı"

17:30, Qəbələ şəhər stadionu

"Karvan-Yevlax" - "Sabah"

15:00, Şamaxı şəhər stadionu

Seçilən
54
12
musavat.com

10Mənbələr