Serbiyanın paytaxtı Belqradda “Birliyin gücü” adlı hərbi parad keçirilir.
“İki sahil” xəbər verir ki, paradda Serbiya Prezidenti Aleksandar Vuçiç, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan, Şeyx Nasser bin Həməd Əl Xəlifənin başçılıq etdiyi Bəhreyn nümayəndə heyəti, Fransa, Çin, Macarıstan və Amerika Birləşmiş Ştatalrından hərbi nümayəndə heyətləri olmaqla ümumilikdə 10 min nəfər iştirak edir.
Hərbi paradda Serbiya Ordusunun 2 min 500-dək silah və hərbi texnikası, 600-dən çox texnika, 70 təyyarə və 20 gəmi nümayiş olunur.
Eyni zamanda, paytaxtda tələbələr Serbiya Ordusuna dəstək aksiyası keçirirlər.