Hərbi jurnalist, yazıçı Şəmistan Nəzirli vəfat edib.
Aznews.az xəbər verir ki, tədqiqatçı 83 yaşında Qazaxda dünyasını dəyişib.
Hazırda mərhumun nəşi dəfn olunması üçün Bakıya gətirilir.
Xatırladaq ki, Şəmistan Nəzirli 1942-ci il avqustun 12-də Qərbi Azərbaycanın Loru nahiyəsinin Yuxarı Körpülü kəndində anadan olub.