AZ

Netflix də heç bir film bu qədər izlənməmişdi: Bir ilk baş verdi

Qaynarinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Netflix" tarixində ilk dəfə bir film 300 milyon baxış həddini aşıb. 

Qayanrinfo xəbər verir ki, "KPop: iblis ovçuları” adlı animasiya-fantastik musiqili film platformanın ən çox izlənilən filmi olub.

Megi Kanq və Kris Appelhansın rejissorluğu ilə çəkilən film 20 iyun 2025-ci ildə "Netflix"də yayımlanmağa başlayıb. Az müddət ərzində 314,2 milyon baxış toplayaraq yeni rekord müəyyən edib. Film, məhdud sayda kino nümayişi ilə də ABŞ-da kassa siyahısında zirvəyə çıxan ilk "Netflix" istehsalı olub.

Bundan öncə "Red Notice” filmi 2021-ci ildən bəri 240 milyon baxışla "Netflix"in ən çox izlənilən filmi sayılırdı. "KPop: iblis ovçuları” isə 300 milyon baxışa çatan ilk film olaraq tarixə düşüb. Filmdəki dörd mahnı da musiqi siyahılarında yüksək pillələrə qalxıb.

"Screen Rant” nəşri yazır ki, filmin cazibəsi həm K-pop sevərlərdən, həm də aksion və fantastika janrına maraq göstərənlərə qədər çoxşaxəli auditoriyanı cəlb edir. Bu uğur, həmçinin Koreya mədəniyyətinin qlobal miqyasda yüksəlişini təsdiqləyir. Əvvəllər "Netflix"in ən çox izlənilən layihəsi "Squid Game” serialının birinci mövsümü idi, lakin indi rekord "KPop: iblis ovçuları”na keçib.

Filmdə dünyanı ələ keçirmək istəyən "Saja Boys” adlı şeytani kişi qrupuna qarşı mübarizə aparan bir K-pop qız qrupunun hekayəsi danışılır. "Netflix" filmi belə təqdim edir: "K-pop ulduzları Rumi, Mira və Zoi stadionlarda konsert vermədikləri vaxt, gizli gücləri ilə pərəstişkarlarını fövqəltəbii təhlükələrdən qoruyurlar".

Aydın

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
qaynarinfo.az

1Mənbələr