AZ

Paşinyan Putinlə görüşmək istəyir

Modern.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Sentyabrın 20-də Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə dialoqunu dəyərləndirərək, rusiyalı tərəfdaşlarla etimad münasibətlərinin vacibliyini vurğulayıb.

Modern.az xəbər verir ki, Paşinyan "Mülki Müqavilə" Partiyasının qurultayında deyib: "Mən Rusiya prezidenti ilə apardığımız dialoqu yüksək qiymətləndirirəm, bu, çox vacibdir".

O əlavə edib ki, Rusiya ilə etimada əsaslanan münasibətlər çoxsaylı potensial problemlərin həllində mühüm rol oynayır. Paşinyan hesab edir ki, Rusiya ilə Ermənistan arasında münasibətlərin transformasiyası müsbət nəticələr verir.Qeyd edək ki, Ermənistanın baş naziri yaxın günlərdə Moskvaya gedəcək. Sentyabrın 26-30-da Moskvada “Ümumdünya Atom Həftəsi” keçiriləcək və bu tədbirdə öz dövlətlərində nüvə proqramlarını inkişaf etdirən müxtəlif ölkələrin liderləri iştirak edəcəklər. Nikol Paşinyanın orada Rusiya prezidenti Vladimir Putinlə ayrıca görüş keçirəcəyi gözlənilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
29
2
modern.az

3Mənbələr