AZ

“Dəvətnaməbaz!” – Deputatın yazısı...

Bir nəfər tanıyıram. Demək, bu adamı - ölkədə nə vəzifəli, statuslu insan var - hamısının xeyirində - şərində, məclisində görmək mümkündür.  

Üstəlik, nə qəribədir, əslində onu heç yerə də çağırmırlar. Sadəcə özü dirəşir. Məsələn, eşidir, filankəs oğluna toy edəcək, dərhal götürür telefonu, yığır həmin şəxsi və deyir ki, yəqin uşağın əmisini unutmarsız da...

Vəssalam. Tədbir sahibi də üzdən keçmir, məcbur qalır və dəvətnamə göndərir...

***

Hardan yadıma düşdü? Niyə düşdü? Əsas, orasını deyim...

Son zamanlar AXCP sədri Əli Kərimli ancaq dəvət və dəvətnamədən danışır. Ancaq və ancaq! Yəni, siyasət - filan gedib "işinin dalınca”. Sadəcə dəvətnamə! Mövzuya, söhbətə aidiyyatı var, yoxdu, fərq eləmir - yalnız dəvətnamə!

Bax, bu səbəbə, xatırladım, həmin tanıdığımı...

***

Kərimli, lap əvvəllər sehirbaz idi, sonra oldu nağılbaz, daha sonra məqaləbaz və ən axırda da...dəvətnaməbaz!

Qısası:

Dayanmır, bu gədə! Artistliyinə, bəsit və kustar oyunlarına ara vermir, bu sərsəm!    

Saxtakarlıq etmədən, saxtalaşmadan, saxta görünmədən, saxta danışmadan, nəfəsini saxta şəkildə alıb - vermədən yaşaya bilmir, bu qaraguruhbaşı!

Və...həmin saxtakarlığın davamı olaraq, indi də özünə əl qatıb ki, demə bəs bunu  Varşavaya, Riqaya, Afinaya dəvət ediblər və təcili getməsi lazım.

Heyhat!

Son 20 ildə kimsənin yadına düşmədin, bir yerə çağırılmadın, ağ demirəm, heç "qara dəftərlərin” belə ən uc nöqtəsində qərarlaşmadın, görünmədin, amma....anidən, 2 ay içində, düz 3 dəvətnamə ilə baş-başa qalası oldun, hə?

Nə hikmətdir? Nə təsadüfdür? Nə məsələdir?

Kimi dolamısan sən?!

Heç şübhəsiz, həmin dəvətnamələri də, açıqcaları da ya qaraguruhun xaricdə "ictimai əsasla” çalışan "İşverənləri” təşkil edir, ya da erməni, fransız lobbisinin tərkibində ən çox fəallıq nümayiş etdirən qardaşların!

Heç şübhəsiz, bu dəvətlər, yenə də, hər zaman olduğu kimi....ya hansısa fitnəyə hesablanıb, ya da növbəti riyakarlığa və pisliyə...

Oysa, bu gün Suverenlik günüdür!

Bu gün Vətən günüdür, Şəhərlər günüdür, Qəhrəmanlar günüdür!

Bir dəfə də bu barədə nəsə yaz...

Bir dəfə də öz ölkənin uğurlarına sevin...

Bir dəfə də erməni yox, fransız yox, azərbaycanlı ol!

Bir dəfə də adam ol!

Bir dəfə də vətəndaş ol!

Bir dəfə də kişi ol!

 

 

 Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.

 

 

 


   

  

 

 

 

 

 

 

 

 

Seçilən
63
3
7news.az

4Mənbələr