AZ

Britaniya məktəbi avropada yeni təhsil imkanları təqdim edir

Böyük Britaniyanın aparıcı özəl məktəblərindən biri olan Brighton College, 2027-ci ilə qədər İspaniya, İtaliya və Portuqaliyada yeni kampuslar açmağı planlaşdırır. Məktəbin bu addımı, həm Böyük Britaniyadan köç edən varlı ailələrin övladlarını, həm də yerli tələbələri cəlb etmək məqsədi daşıyır.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, məqsəd bu ölkələrdə Britaniya təhsilinin yüksək keyfiyyətini və tədris standartlarını təqdim etməkdir. Brighton College rəsmiləri bildirirlər ki, Avropadakı bu yeni məktəblər həm kurikulum, həm də idarəetmə baxımından Böyük Britaniyada fəaliyyət göstərən əsas kampusla uyğunlaşdırılacaq.

Təşəbbüs yalnız Britaniya vətəndaşları üçün deyil, həm də Britaniya modelinə uyğun təhsilə üstünlük verən beynəlxalq ailələr üçün də nəzərdə tutulub. Brighton College-in artıq Yaxın Şərq və Asiyada bir neçə beynəlxalq kampusu fəaliyyət göstərir. Yeni Avropa layihəsi isə məktəbin qlobal miqyasda nüfuzunu daha da gücləndirmək məqsədi daşıyır.

Seçilən
47
azedu.az

1Mənbələr