AZ

Kiberhücum Avropa hava limanlarını iflic edib

Böyük bir kiberhücum Avropa hava limanlarının fəaliyyətini dayandırıb.

Musavat.com ArbatMedia saytına istinadla xəbər verir ki, fasilələr Berlin, London, Brüssel və digər şəhərlərə təsir edib.

Berlində təhlükəsizlik səbəbi ilə sistemlərə giriş tamamilə bağlanıb. Bu, uzun növbələrə, gecikmələrə və uçuşların ləğvinə səbəb oldu.

Londondakı "Hitrou" hava limanı problemləri "texniki nasazlıq"la əlaqələndirib. Brüssel və digər şəhərlərdə də fasilələr qeydə alınıb.

Mütəxəssislər sistemlərin bərpası üzərində işləyirlər. Sərnişinlərdən uçuşun vəziyyətini yoxlamaq və ləğvlərə hazır olmaq xahiş olunur.

Musavat.com

 

Seçilən
46
musavat.com

1Mənbələr