AZ

Baş prokuror Kamran Əliyev Uqanda Respublikasının Dövlət prokurorluğunun direktoru ilə görüşüb

Bakı. Trend:

Uqanda Respublikasının Dövlət Prokurorluğunun direktorununrəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Trend xəbər verir ki, bu barədə Baş prokurorluqməlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlhamƏliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquqi vəinstitusional islahatlar, xüsusilə şəffaflıq, hesabatlılıq vəkorrupsiyaya qarşı mübarizə sahəsində atılan məqsədyönlü addımlarbeynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Bukontekstdə Azərbaycan Prokurorluğu beynəlxalq əməkdaşlığıngenişləndirilməsi və qabaqcıl təcrübə mübadiləsinin təşviqiistiqamətində fəal siyasət həyata keçirir.

Bu çərçivədə, Uqanda Respublikasının Dövlət prokurorluğunundirektoru Odumbi Ceyms Overin rəhbərlik etdiyi nümayəndə heyətiölkəmizdə səfərdədir.

Sentyabrın 20-də Baş prokuror Kamran Əliyev Odumbi Ceyms Overinrəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Görüşdə Azərbaycan ilə Uqanda arasında qarşılıqlı dəstək vəmüxtəlif sahələrdə, o cümlədən hüquqi əməkdaşlıqla bağlımöhkəmlənən yüksək səviyyəli tərəfdaşlıq münasibətləri xüsusiləvurğulanıb.

Azərbaycanın “ASAN xidmət” modelinin Uqandada uğurla tətbiqindənsöz açan Baş prokuror Kamran Əliyev Qoşulmama Hərəkatı (QH)çərçivəsində ölkələrimiz arasında yüksək səviyyəli əməkdaşlığınmövcudluğunu vurğulayıb.

Bundan başqa, Baş prokuror Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin sədrliyi və təşəbbüskarlığı ilə ölkəmizin QH-nin sonsədri kimi Uqanda ilə Hərəkatın prinsiplərinin təşviqində sıxəməkdaşlıq etdiyini qeyd edib, eləcə də hazırda Uqandanın QH-ınsədri olduğu dövrdə də bu əməkdaşlığın uğurla inkişaf etdiyini qeydedib.
Səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkürünü bildirən OdumbiCeyms Over təmsil etdiyi qurumun Azərbaycanla əlaqələrin inkişafınaböyük önəm verdiyini qeyd edərək, iki ölkənin prokurorluq orqanlarıarasında əməkdaşlığın genişlənəcəyinə əminliyini ifadə edib.

Sonda Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə UqandaRespublikasının Baş Prokurorluğu arasında Anlaşma Memorandumuimzalanıb.

Tərəflər imzalanmış Anlaşma Memorandumunun institusionalmünasibətlərdə tarixi mərhələ təşkil etdiyini vurğulayaraq AnlaşmaMemorandumunun prokurorluqlar arasında əlaqələrin inkişafına töhfəverəcəyinə əminliklərini ifadə edib.

Qonaqlar, həmçinin Baş Prokurorluğun Tarix muzeyi ilə tanışolub, onlara prokurorluğun fəaliyyəti ilə bağlı eksponatlar barədəətraflı məlumat verilib.

Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.

Məqalədə:
Seçilən
14
12
az.trend.az

10Mənbələr