AZ

Feliks təhqir olundu, müdafiəsinə Ronaldo gəldi

“Çuveyrinyo” adlı Portuqaliya podkastında Kriştiano Ronaldo və Joao Feliksin Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubundakı çıxışları müzakirə olunub.

Publika.az xəbər verir ki, bir bloger 25 yaşlı futbolçunun Səudiyyə Ərəbistanı liqasına getməsini sərt şəkildə tənqid edib və bunu utancverici hesab edib.

Video necəsə Kriştiano Ronaldoya çatıb. O, şərhlərdə “Axmaqlar futboldan heç nə başa düşmürlər, amma yenə də öz fikirlərini bildirirlər” yazıb.

Seçilən
46
publika.az

1Mənbələr