AZ

Xankəndidə Şəhər Günü qeyd olunur

Xankəndidə Şəhər Günü keçirilir.

Far.Az xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyi və Xankəndi, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə baş tutur.

Tədbir çərçivəsində gün ərzində sərgi, tamaşa nümayişi və konsertlər təşkil olunacaq.

Qeyd edək ki, 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkənin suverenliyi tam bərpa edilib.

Həmin il oktyabrın 15-də Ali Baş Komandan İlham Əliyev tərəfindən Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və Əsgəranda üçrəngli Azərbaycan bayrağı qaldırılıb.

Dövlət başçısının 18 sentyabr 2025-ci il tarixli Sərəncamı ilə 20 Sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi kimi təqvimə yazılıb.

Seçilən
54
15
far.az

10Mənbələr