BAKI, 20 sentyabr. TELEQRAF
“Ukrayna Müdafiə Qüvvələrinin Donetsk vilayətində əks-hücum əməliyyatı davam edir”.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Dövlət başçısı əks-hücum əməliyyatının Dobropilya və Pokrovsk şəhərlərində aparıldığını bildirib.
“Rus işğalçıları Ukrayna qüvvələrini mühasirəyə almaq istəyirdilər, amma hazırda orada düşməni məhv edən Ukrayna Silahlı Qüvvələridir”, - Zelenski bildirib.