AZ

Xaçmazda həmkəndlisini qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub

Bakı. Trend:

Sentyabrın 20-də gecə saat 4 radələrində Xaçmaz rayon sakiniKənan Cəbiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumatdaxil olub.

Bu barədə Trend-ə Xaçmaz rayon prokurorluğundan məlumatverilib.

Bildirilib ki, araşdırma zamanı Emin Baxışovun rayonun Ağtalakəndi ərazisində aralarında yaranmış mübahisə zamanı həmkəndlisiKənan Cəbiyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslışübhələr müəyyən edilib.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.E.Baxışov iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

Seçilən
31
16
az.trend.az

10Mənbələr