AZ

Məşhur cütlük niyə tez-tez bu şəhərə gedir? – Pərəstişkarları maraq içində - FOTO

Türkiyənin ən məşhur və nümunəvi cütlüklərindən olan Burak Özçivit və Fəxriyə Evcen gedəcəkləri şəhərin adını açıqlayıblar.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük əvvəllər də iki dəfə Londona gedib.

Pərəstişkarları aktiv sosial şəbəkə istifadəçisi olan Fəxriyə Evceni sual yağışına tutublar. Niyə məhz hər dəfə London? Bu şəhərdə onları maraqlandıran nə var? İddia olunur ki, cütlüyün orada evi ya biznesi ola bilər.

Qeyd edək ki, xoşbəxt görüntüləri ilə daim diqqət mərkəzində olan cütlüyün yaxın vaxtlarda boşanacağı xəbəri yayılmışdı. Cütlük sosial şəbəkədə dəfələrlə açıqlama verərək şayiələri təkzib ediblər. Ardınca isə Evcen tətil planlaşdırdıqlarını bildirib.



Bizim.Media

Seçilən
4
1
bizim.media

2Mənbələr