AZ

Dövlət qurumunun tenderi - LƏĞV OLUNDU - SƏBƏB

“Naxçıvan şəhər İstilik Təsərrüfatı İdarəsi”nin satınalma müsabiqəsi ləğv edilib.

FED.az xəbər verir ki, “Naxçıvan şəhər İstilik Təsərrüfatı İdarəsi” tərəfindən istilik mərkəzlərinin cari təmiri üçün lazım olan mal-materialların satınalınması ilə bağlı elan edilmiş müsabiqə ləğv olunub.

Qərara əsasən, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olduğu üçün prosedur baş tutmayıb.

Müsabiqəyə verilmiş təkliflərin sayının qanunvericiliklə müəyyən edilən minimum həddən az olması səbəbilə prosesin yekunlaşdırılması mümkün olmayıb.

Bu da“Dövlət satınalmaları haqqında” Qanunun 36.1.1-ci maddəsinə əsasən tənzimlənir.

Qeyd edək ki, ehtimal olunan qiymət 150.124,20  manat idi.

Seçilən
11
fed.az

1Mənbələr