AZ

Goranboyda heyvanlar minaya düşüb

Goranboyda xırdabuynuzlu heyvanlar minaya düşüb.

APA-nın məlumatına görə, hadisə rayonun Tapqaraqoyunlu kəndində, keçmiş təmas xəttində qeydə alınıb.

Kənd sakininə məxsus xırdabuynuzlu mal-qara piyada əleyhinə minaya düşüb.

Hadisə nəticəsində heyvanlardan ikisi tələf olub.

Mina partlayışı ilə bağlı əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

Seçilən
7
9
anews.az

10Mənbələr