AZ

Azərbaycanın BƏƏ-yə birbaşa investisiyaları azalıb

Bu ilin l yarısında Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyatına 156,3 milyonABŞ dolları birbaşa investisiya qoyub.Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı nəlumat yayıb. Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə azdır.Hesabat dövründə Azərbaycanın BƏƏ iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı39,8 %-dən11,6 %-ə düşüb.6 ay ərzində BƏƏ isə Azərbaycan iqtisadiyyatına 175,6 milyon ABŞ dolları birbaşa investisiya yatırıb. Bu, 1 il əvvələ nisbətən 25,8 % azdır.Hesabat dövründə BƏƏ-nin Azərbaycanın iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 7,9 %-dən5,4 %-ə düşüb.

Xatırladaq ki, yanvar-iyun aylarında Azərbaycandan xaricə yönəldilmiş birbaşa investisiyalar 1 milyard 349,8 milyon ABŞ dolları (ötən ilin eyni dövrü ilə müqayisədə 35,2 % çox), ölkəyə xaricdən cəlb edilmiş birbaşa investisiyalar isə 3 milyard 222,5 milyon ABŞ dolları (8,2 %çox) təşkil edib.

Seçilən
52
8
metbuat.az

9Mənbələr