AZ

Yeniyetmə oğlan iki nəfəri bıçaqladı

Naxçıvanda 16 yaşlı oğlan xalasının əri və oğlunu bıçaqlayıb.

AzEdu.az-ın məlumatına görə, hadisə Şərur rayonu, Kosacan kəndində baş verib.

Kənd sakini, 2009-cu il təvəllüdlü Ə.Ə. ailələr arasında baş verən kütləvi dava zamanı xalasının əri Cahangir Rəsulzadə və onun 2011-ci il təvəllüdlü oğlunu bıçaqlayıb.

Məlumata görə, hadisə Cahangir Rəsulzadənin ailəsindəki mübahisə nəticəsində baş verib.

Hadisə yerinə polis əməkdaşları gəliblər və yeniyetmə saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, iş Naxçıvan Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmə prosesində tərəflər arasında barışıq elan olunub.

Məhkəmənin hökmü ilə 16 yaşlı yeniyetmə 3 il 6 ay azadlıqdan məhrum edilib. Məhkəmə təqsirləndirilən şəxsin yeniyetmə olduğunu və tərəflər arasında barışıq əldə edildiyini nəzərə alaraq, ona Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edib və cəzasını şərti hesab edib.

Seçilən
22
1
azedu.az

4Mənbələr