AZ

“Qarabağ”ın oyununun yeri dəyişdirildi

Misli Premyer Liqasında 7-ci turun oyun cədvəli məlum olub. 

"Bakuinfo" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Ölkəmizdə keçiriləcək MDB oyunları ilə əlaqədar olaraq 1-ci dövrənin “Kəpəz – Qarabağ” oyunu ilə 3-cü dövrənin “Qarabağ” – “Kəpəz” oyunlarının yeri dəyişdirilib. 

Beləliklə, 7-ci turda “Qarabağ” “Kəpəz”lə matçı səfərdə deyil, öz meydanında keçirəcək.

7-ci turun təqvimi belədir:

3 oktyabr (cümə)

“Zirə” – “Neftçi”Zirə İdman Kompleksinin stadionu, 19:30

“Araz-Naxçıvan”– “İmişli”“Liv Bona Dea Arena”, 17:00

4 oktyabr (şənbə)

“Qarabağ” – “Kəpəz”“Azersun Arena”, 17:00

“Sumqayıt” – “Turan Tovuz”Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:30

5 oktyabr (bazar) 

“Qəbələ” – “Şamaxı”Qəbələ şəhər stadionu, 17:30

“Karvan-Yevlax” – “Sabah”Şamaxı şəhər stadionu, 15:00

Seçilən
24
17
bakuinfo.net

10Mənbələr