AZ

"Sumqayıt" amerikalı basketbolçu transfer edib

"Sumqayıt" növbəti transferini həyata keçirib.

“İki sahil” xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi amerikalı basketbolçu Elayca Hatçins-Everetti heyətinə qatıb.

23 yaşlı oyuçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

211 sm boya malik basketbolçu mərkəz mövqeyində oynayır. 2021-ci ildə ABŞ-nin "Ostin Pi Qaverners" klubunda karyerasına başlayan Elayca 2 il sonra "Seton Holl Payrets" komandasına keçib. O, ötən mövsüm "Ceyms Meddison Dyuks" kollektivinin üzvü olub. Hatçins-Everett ötən mövsüm hər oyuna orta hesabla 11,4 xal və 5,9 ribaundla yadda qalıb.

Seçilən
28
5
ikisahil.az

8Mənbələr