AZ

“Volkswagen” illik gəlirlilik proqnozunu aşağı salıb

Almaniyanın “Volkswagen” (VW) avtomobil şirkəti 2025-ci il üçün əməliyyat gəlirliliyi proqnozunu 4-5 faizdən 2-3 faizədək endirib.

Bu barədə şirkətdən bildirilib.

Şirkət, həmçinin avtomobil seqmentində əvvəllər əldə etdiyi 1-3 milyard avro ilə müqayisədə sıfır xalis pul axını gözləyir.

Eyni zamanda, VW hələ də əvvəlki ilin səviyyəsində (324,7 milyard avro) gəlir proqnozlaşdırır.

Şirkət nəzarət səhm paketinə sahib olduğu “Porsche AG” ilə bağlı təxminən 3 milyard avro dəyərində qudvilin silinməsini qeyd edəcək, lakin 2025-ci il üçün dividend məbləğini təyin edərkən bu amili nəzərə almaq niyyətində deyil.

MənbəTREND
Seçilən
10
1
banker.az

2Mənbələr