AZ

Özbəkistan və Almaniya arasında razılaşmalar əldə olundu

BAKI, 20 sentyabr. TELEQRAF

Özbəkistan səfiri Dilşod Axadov Berlində Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin dövlət katibi Yohan Satxoff ilə görüşüb.

Teleqraf xəbər verir ki, söhbət zamanı iki ölkə arasında Almaniyanın maliyyə və texniki (qrant) yardımı hesabına həyata keçirilən əməkdaşlıq müsbət qiymətləndirilib.

Özbəkistan Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən Mərkəzi Asiya regionunda Asiyada rəsmi tərəfdaş kimi təsnif edilən yeganə dövlət kimi tanınıb.

Özbəkistanda iqlim dəyişikliyi ilə mübarizə, bərpaolunan enerji mənbələrindən səmərəli istifadə, ardıcıl və uzunmüddətli iqtisadi inkişafı təmin edən sektorların yaradılması, korrupsiya ilə mübarizə, qanunun aliliyi və digər mühüm sahələrdə yeni layihələrin birgə işlənib hazırlanmasına maraq ifadə olunub.

Davamlı şəkildə inkişaf edən ticarət, investisiya və texnologiya sahələrində tərəfdaşlığın daha da intensivləşdirilməsi üçün Almaniya ilə əlaqələrin davam etdirilməsi razılaşdırılıb.

Seçilən
27
teleqraf.com

1Mənbələr