AZ

Bu müəllimlər 6000 manatdan çox maaş alacaq

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ilk dəfə olaraq "tədqiqatçı müəllim" statusu alan müəllimlər müəyyən olunub.

Ölkə.az valyuta.az-a istinadən xəbər verir ki, bu statusun müəyyənləşdirilməsi zamanı bir sıra elmi meyarlara əsaslandırılıb. Bunlara "Scopus" bazasında indekslənmiş məqalələrin sayı, Q1–Q3 kateqoriyalı jurnallarda nəşrlər, H-indeksi və beynəlxalq həmmüəllifliklə yazılmış məqalələr daxildir.

Yeni status qazanan müəllimlər 2–3 dəfə artıq maaş alacaqlar. Belə ki, tam ştatla çalışan professorların maaşı 4280-6420 manat təşkil edəcək.

"Tədqiqatçı müəllim" statusuna layiq görülən əməkdaşlar:

Aysel Aslanlı – Kimya üzrə fəlsəfə doktoru (Lomonosov MDU). Son 5 ildə "Scopus" bazasında 26 məqaləsi çap olunub, H-indeksi 12-dir. Məqalələrin 22-si Q1 kateqoriyalı jurnallarda yer alıb. 31 yaşlı tədqiqatçı universitetdə aqro-kimya istiqamətinin inkişafına töhfə verəcək.

Dünya Babanlı – Kimya üzrə elmlər doktoru, dosent. Son 5 ildə 56 məqaləsi "Scopus" bazasında çap olunub, H-indeksi 14-dür. Strasburq Universitetinin professorları ilə birgə yazılmış beynəlxalq həmmüəlliflikli elmi işləri var.

Araz Əliyev – Riyaziyyat üzrə elmlər doktoru, professor. Son 5 ildə "Scopus" bazasında 22 məqaləsi dərc edilib, H-indeksi isə 8-dir. ADNSU-nun kafedra müdiridir.

Lətafət Qardaşova – Texnika üzrə elmlər doktoru, professor. 21 məqalə və 10 H-indeksə malikdir. Qeyri-səlis məntiq, sistemli analiz və süni intellekt sahəsində doktorantlara rəhbərlik edir.

Vüsalə Cəfərova – Fizika üzrə elmlər doktoru. 23 məqalə və 7 H-indeksə malikdir.

Oleq Hüseynov – Texnika elmləri doktoru. Son 5 ildə 19 məqaləsi var, H-indeksi isə 20-dir.

Sevda Rzayeva – Fizika üzrə fəlsəfə doktoru, dosent. 10 məqaləsi var və H-indeksi 64-dür.

Elnur Oruclu – Kimya üzrə fəlsəfə doktoru. 39 məqalə və 10 H-indeksə sahibdir.

ADNSU rəhbərliyi bildirib ki, bu təşəbbüsün əsas məqsədi universitetdə elmi fəaliyyətin stimullaşdırılması, mövcud elmi məktəblərin qorunması və yenilərinin formalaşdırılmasıdır.

Seçilən
27
18
olke.az

10Mənbələr