AZ

ABŞ Avropaya silah tədarükünü dayandırır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Amerika Birləşmiş Ştatları hökuməti öz silah ehtiyatlarını bərpa etmək məqsədilə Avropa ölkələrinə bəzi silahların tədarükünü dayandırır.
Oxu.Az xəbər verir ki, bu barədə "The Atlantic" jurnalı mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, sentyabrın əvvəlində Pentaqonun müavini Elbric Kolbi Dövlət Departamenti ilə söhbətində xarici ölkələrə müəyyən hərbi təchizatın göndərilməsinə ehtiyac görmədiyini bildirib.
Xüsusilə, o, Danimarkaya "Patriot" zenit-raket komplekslərinin satışını təsdiqləməyib, çünki bu sistemlər ABŞ-də də kifayət qədər mövcud deyil.
Mənbələrin məlumatına görə, Pentaqon çatışmayan silah sistemlərinin siyahısını hazırlayıb və avropalı müttəfiqlərinə onların satışını məhdudlaşdırmağı planlaşdırır. Lakin qadağanın müddəti, siyahıya daxil olan silahların sayı və s. detallar açıqlanmayıb.
Xatırladaq ki, iyulun əvvəlində mediada ABŞ-nin Ukraynaya "Patriot" hava hücumundan müdafiə sistemlərinin, dəqiq idarə olunan GMLRS döyüş sursatlarının, "Hellfire" idarə olunan raketlərinin, "Stinger" daşınan zenit-raket komplekslərinin və digər bir sıra silahların tədarükünü dayandıracağı xəbəri yayılmışdı.
Seçilən
34
oxu.az

1Mənbələr