Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir.
Qayıdış proqramına uyğun olaraq Kəlbəcər şəhərinə köç edənlər bu günə kimi respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Turkustan.az Teleqraf-a istinadən bildirir ki, bu mərhələdə Kəlbəcər şəhərinə 29 ailə olmaqla 115 nəfər köçürülür.
Doğma yurda qayıdan sakinlər Tərtər şəhər Bayraq Meydanından yola sala salınıb.
Hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə köç edən ailələr Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.