"CBS Sports" televiziya kanalında ekspert kimi çalışan sabiq fransalı futbolçu Tyerri Anri "Benfika" - "Qarabağ" qarşılaşmasından öncə Ağdam təmsilçisinin bu oyundan xalla ayrılacağını proqnoz vermişdi.

Offsideplus.az xəbər verir ki, Anri görüşdən sonra sosial media hesablarının Azərbaycan bayraqları ilə dolduğunu bildirib:

"Bu həftə sosial şəbəkələrim Azərbaycan bayraqları ilə doldu. Oyandım ki, minlərlə mesaj gəlib. Sadəcə həqiqəti deməyə çalışdım. "Qarabağ” həqiqətən güclü komandadır. Onlar həm topla, həm də topsuz çox yaxşı oynayırlar. Məncə, bu, onların əsas gücüdür".

Verlişin digər eksperti, "Liverpul"un sabiq Ceymi Karrager də fransalı ilə razılaşıb:

"Onun "Qarabağ"la bağlı dediyi ilə razıyam. Onlar həqiqətən təsir edici komandadır.

Nizam-intizam və oyun keyfiyyəti, həm topla, həm də topsuz. Onları digərlərindən fərqləndirən budur. Məncə, bu, onların ən böyük gücüdür".