AZ

Mirzoyan: "Sülh müqaviləsinin imzalanacağı yer barədə məsləhətləşmələrə hazırıq"


Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanacağı yer barədə məsləhətləşmələrə başlamağa hazırdır. Trend xəbər verir ki, bunu Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan bildirib.

Mirzoyanın sözlərinə görə, İrəvan Vaşinqtonda sənədin paraflanmasından əvvəl də, martın ortalarında mətnin razılaşdırılmasından sonra da bəyan edib ki, Bakı ilə yekun sülhün əldə olunması üçün istənilən vaxt məsləhətləşmələrə başlamağa hazırdır.

“Biz bu gün sülh müqaviləsinin imzalanacağı yer barədə məsləhətləşmələrə başlamağa hazırıq”,- deyə Mirzoyan vurğulayıb.

Seçilən
15
2
baki-xeber.com

3Mənbələr