AZ

Xaçmazdakı dəhşətli qətl borc üstündə baş verib – TƏFƏRRÜAT

Xaçmazdakı qətlin bəzi təfərrüatları məlum olub.
 

MÖVZU İLƏ BAĞLI:

Xaçmazda DƏHŞƏT – 37 yaşlı həmkəndlisini qətlə yetirdi – ÖZƏL


Bizim.Media-nın əldə etdiyi məlumata görə, qətl söyüş və borc üstündə olub. Belə ki, hadisəni törətməkdə şübhəli bilinən Emin Baxışov öldürdüyü Kənan Cəbiyevə pul borclu imiş.

Kənan Cəbiyev borcu geri istəyən zaman Emin Baxışov onun ünvanına təhqiramiz ifadələr səsləndirib. Bu isə Kənan Cəbiyevi özündən çıxarıb və o, Emin Baxışovun ürəyinə bıçaq zərbəsi endirib. Nəticədə Baxışov həyatını itirib.

Xaçmaz polisi hadisəni törətməkdə şübhəli bilinən Emin Baxışovu saxlayıb.

Hadisənin tam baş vermə səbəbi Xaçmaz rayon prokurorluğunda başlanan istintaq araşdırması nəticəsində müəyyən ediləcək.

Qeyd edək ki, Xaçmaz rayonunun Ağtala kəndində 32 yaşlı kənd sakini Emin Zakir oğlu Baxışov 37 yaşlı həmkəndlisi Kənan Əlövsət oğlu Cəbiyevi bıçaqlayıb. Ağır xəsarət alan Kənan Cəbiyev hadisə yerində ölüb.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Seçilən
42
bizim.media

1Mənbələr