AZ

Suriya Prezidenti: İsraillə razılaşma mümkün ola bilər

Ajans.az “Milliyet” qəzetinə istinadən xəbər verir ki,Əl-Şaraa vurğulayıb ki, müzakirələrdə irəliləyiş əldə olunsa da, bu razılaşma "heç bir halda Təl-Əvivlə diplomatik münasibətlərin normallaşdırılmasını nəzərdə tutmur." “Suriya necə döyüşəcəyini bilir, lakin artıq müharibə istəmir”, – deyə o bildirib. Prezident qeyd edib ki, Əs-Suveydada son baş verən iğtişaşlar İsraillə danışıqların nəticəyə yaxınlaşdığı bir vaxtda qəsdən təşkil olunmuş təxribat xarakteri daşıyır. Əl-Şaraa həmçinin İsraillə aparılan danışıqların gedişatında Qətərə edilən son hücuma da toxunaraq bildirib: “Əgər sual ondan ibarətdirsə ki, İsrailə güvənirəmmi – cavabım budur: xeyr, mən ona etibar etmirəm.” Suriya lideri İsrailin prezident sarayına və Müdafiə Nazirliyinə mümkün zərbələrinin müharibə elanı ilə eyni mahiyyət daşıyacağını da açıq şəkildə bəyan edib. Bununla yanaşı, o etiraf edib ki, İsraillə təhlükəsizlik razılaşması müəyyən mənada qaçılmaz görünür, lakin İsrailin belə bir sazişə sadiqliyi sual altındadır. Əl-Şaraa, həmçinin BMT Baş Assambleyasının qarşıdan gələn iclaslarında iştirak edəcəyini açıqlayıb. O, bu addımı “tarixi presedent” kimi qiymətləndirib və bildirib ki, bu, 60 ildən sonra ilk dəfə Suriya prezidentinin iclaslara qatılması ilə nəticələnəcək. “Bu, yeni dönüş nöqtəsidir. Suriya artıq beynəlxalq sistemin bir hissəsinə çevrilib. Biz artıq narkotik, qaçqın və ya terror ixracatçısı kimi tanınan bir dövlət deyilik”, – deyə prezident əlavə edib.

 

Seçilən
69
44
Ajans.az

10Mənbələr