AZ

Azərbaycanın Ombudsman təsisatı Avropa Uşaq Ombudsmanları Şəbəkəsinin tam üzvü seçilib

Bakı.Trend:

Azərbaycanın Ombudsman təsisatı Avropa Uşaq OmbudsmanlarıŞəbəkəsinin tam üzvü seçilib.

Trend xəbərverir ki, bu barədə Ombudman Aparatından məlumat yayılıb.

Bildirilib ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrəMüvəkkili (Ombudsman) Aparatının Uşaq hüquqlarının müdafiəsisektorunun müdiri Nigar Ağayeva və Əlilliyi olan şəxslərinhüquqlarının müdafiəsi sektorunun müdiri Aytən Tarverdiyeva AvropaUşaq Ombudsmanları Şəbəkəsinin (ENOC-un) Rumıniyanın Buxarestşəhərində keçirilən 29-cu İllik Konfransı və Baş Assambleyasındaiştirak edib.

“Uşaqların fiziki sağlamlıq hüququnun müdafiəsi və təşviqi”mövzusuna həsr olunmuş tədbirdə ENOC-a üzv təsisatlarınombudsmanları və nümayəndələri, müvafiq qurum rəhbərləri,beynəlxalq təşkilatların uşaq hüquqları üzrə məsul şəxsləri,ekspertlər iştirak ediblər.

Nigar Ağayeva tədbirdə çıxış edərək Ombudsman tərəfindən ötəndövrdə uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədəməlumat verib, bu sahədə müsbət təcrübələri, qanunvericiliyintəkmilləşdirilməsi istiqamətində irəli sürülən və nəzərə alınmıştəklifləri iştirakçıların diqqətinə çatdırıb. Bununla yanaşı,təsisatda uşaq hüquqları üzrə ixtisaslaşmış struktur bölməninyaradılması, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrəmüvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa edilmişdəyişikliklər nəticəsində uşaq hüquqlarının müdafiəsi sahəsindəOmbudsmana verilən səlahiyyətlər, “Uşaq hüquqları haqqında”Konvensiyanın həyata keçirilməsi üzrə müstəqil monitorinq qrupununyaradılması qeyd edilib".

Vurğulanıb ki, qeyd olunan islahatlar nəzərə alınaraq, ENOC-un29-cu Baş Assambleyasında Azərbaycanın Ombudsman təsisatı üzvtəsisatların səs çoxluğu ilə assosiativ üzvlükdən tam üzvlüyə qəbuledilib. Belə ki, göstərilən dəyişikliklər nəticəsində hazırdaOmbudsman təsisatının ENOC-un tam üzvlüyünə qəbul olunması üçünENOC-un Nizamnaməsinin 4-cü maddəsində əks olunmuş meyarlarauyğunluğu bildirilib.

"Tədbir çərçivəsində Avropa Uşaq Ombudsmanları Şəbəkəsinin ötəndövr ərzində, həmçinin gələcək fəaliyyət planı istiqamətindəmüzakirələr aparılıb, “Uşaqların fiziki sağlamlıq hüquqununmüdafiəsi və təşviqi” üzrə ENOC-un bəyanatı təsdiq edilib.

Səfər çərçivəsində iştirakçılar Buxarest şəhərində yerləşənzorakılıq qurbanları olan uşaqlar üçün “Barnahus” mərkəzinə səfəredərək, mərkəzin fəaliyyəti və təcrübəsi ilə tanış olub",- əlavəedilib.

Seçilən
19
8
az.trend.az

9Mənbələr