AZ

Britaniyalı "Formula-1" pilotu Azərbaycanda xal qazana biləcəyinə inanır

"Formula-1" üzrə dünya çempionatında çıxış edən "Haas" komandasının pilotu Oliver Berman Azərbaycan Qran-prisində xal qazana bilər".

İdman.biz "Report"a istinadən xəbər verir ki, bu barədə ötən gün ikinci sərbəst yürüşü beşinci sırada tamamlayan britaniyalı sürücü açıqlama verib.

O, yaxşı rəqabət apara bildiklərini deyib:

"Birinci test yürüşündə bəzi çatışmazlıqları hiss etdik. Növbətidə isə bunları yaxşılaşdırdıq və mübarizənin içində olduğumuzu gösdərdik".

O, Bakıdakı yarışda yaxşı nəticə qazana biləcəklərini də vurğulayıb:

"Xal qazanmaq mümkündür. Orta sıralarda çox gərgin mübarizə var. Ən önəmlisi sıralama turunu səhvsiz başa vurmaq və əsas yarışda tempi tapmaqdır".

Qeyd edək ki, bu gün "Formula-1" üzrə Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüş və sıralama turu keçiriləcək. Əsas yarış sentyabrın 21-də baş tutacaq.

İdman.biz

Seçilən
26
2
idman.biz

3Mənbələr