AZ

Bu rayonlara QAR YAĞDI

ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata əsasən, ölkə ərazisində qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.Əksər yerlərdə leysan xarakterli intensiv yağış yağır, şimşək çaxır.

 

Düşən yağıntının miqdarı Zaqatalada 49, Qusarda 41, Oğuzda 40, Daşkəsən, Balakəndə 37, Qubada 36, Qax (Sarıbaş), Xaltanda 32, Şəki, Gədəbəy, Qrızda 28, Tovuz, Xınalıqda 27, Göygöldə 23, Şamaxıda 22, Qəbələdə 21, Altıağac, Mingəçevirdə 20, Şəmkirdə 19, Gəncədə 18, Sədərəkdə 17, Şabranda 13, Goranboy, Bərdədə 11, Yevlax, Göyçay, Naftalanda 9, Şərur, Bakıda və Abşeron yarımadasında 8, Ağdam, Ağstafada 7, Tərtər, Şahbuzda 6, Qobustanda 5, Zərdab, Ceyrançöl, Sabirabad, Ordubadda 4, İmişli, Kürdəmir, Culfada 3, Ceyrançöl, Beyləqan, Lənkəranda 2, Biləsuvar, Astara, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Lerikdə 1 mm-dək olub.

Yüksək dağlıq ərazilərə - Şahdağ (14 sm), Gədəbəy, Daşkəsən (Qoşqardağ), Göygöl (Hacıkənd-Kəpəz Murovdağ), Kəlbəcər, Laçına qar yağıb.Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
19
bizim.media

10Mənbələr