AZ

“Bunu mən və İlham Əliyev etdik” – Paşinyandan etiraf

“Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması hamıya məlumdur. Biz öz tariximizdə tamam başqa mərhələyə qədəm qoymuşuq”.

Turkustan.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Bu sülh avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı və dəstəyi, mənim və Azərbaycan Prezidenti İlham Əliyevin qəbul etdiyi bəyannamə ilə bərqərar oldu.

8 avqust uzun bir prosesin kulminasiya nöqtəsi, zirvəsidir. 1 il 7 aydır ki, Ermənistan–Azərbaycan sərhədində baş verən atışmada heç bir əsgər ölməyib və yaralanmayıb. Biz bunu 2 il 7 ay, 3 il, 4 il, 5 il, 50 il, 100 il, 200 il və sair halına gətirməliyik. Ermənistanın bütün sərhədlərinə şamil etməliyik”, – deyə o bildirib./Globalinfo.az

Seçilən
24
5
turkustan.az

6Mənbələr