AZ

Beynəlxalq Uşaq Ədəbiyyatı Festivalı keçirilir

İstanbul Beynəlxalq Uşaq Ədəbiyyatı Festivalı 20–23 sentyabr tarixlərində ikinci dəfə keçiriləcək.

Kulis.az xəbər verir ki, “Uşaqlar əylənmək istəyir” şüarı ilə keçirilən festival, söhbətlər, atelyelər və beynəlxalq qonaqları ilə uşaqlar üçün əyləncəli və maarifləndirici mühit yaradacaq.

İsveçli Ulrika Kestere, ispan Luisa Vera və Ana Penyas kimi tanınmış illüstratorlar tədbirdə iştirak edəcək.

Festival üç fərqli məkanda – "Mephisto Kitabevi", "Studio Varoluşçu Akademi" və İstanbul Servantes İnstitutunda baş tutacaq.

Qeyd edək ki, tədbir uşaq ədəbiyyatına dəstək verən könüllülər və nəşriyyatların iştirakı ilə reallaşacaq.

Seçilən
25
1
kulis.az

2Mənbələr